Almaniyanın Gürcüstandakı səfiri - Olaf Şolts Avropa İttifaqına gedən yolda Gürcüstana dəstəyini təsdiqləyib
Olaf Şolts Avropa İttifaqına gedən yolda Gürcüstanı dəstəklədiyini təsdiqləyib, – bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “Twitter”in rəsmi səhifəsində yazır.
Səfirin sözlərinə əsasən, Almaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini qətiyyətlə dəstəkləyir.
“Gürcüstanın Baş naziri ilə görüşdə Almaniya kansleri Gürcüstanın Avropa İttifaqına gedən yolda dəstəyini, yaxın həftələrdə sürətli və cəsarətli islahatlara ehtiyac olduğunu təsdiqləyib. Rusiyanın Ukraynaya təcavüzünün nəticələrindən danışarkən qeyd olunub ki, Almaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini qətiyyətlə dəstəkləyir”- səfir yazıb.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili işgüzar səfəri çərçivəsində iyunun 9-da Berlində Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşüb.