Almaniyanın Gürcüstandakı səfiri, Peter Fişer Rustavelidə 9 Aprel abidəsini əklillə bəzədi.
Səfirliyin yaydığı məlumatda qeyd edildiyi kimi, səfir azadlıq arzuları və cəsarətləri ilə ölkənin müstəqilliyinə aparan yolda gedənlərin hamısına ehtiramını ifadə etdi.
“Bu gün 1989-cu il aprelin 9-da Tbilisidə dinc etiraz aksiyasının qanlı dağıdılmasını xatırlayırıq. Almaniyanın Gürcüstandakı səfiri, Peter Fişer Rustavelidə 9 Aprel abidəsini əklillə bəzədi və azadlıq arzuları və cəsarətləri ilə ölkənin müstəqilliyinə aparan yolda gedənlərin hamısına ehtiramını ifadə etdi”, – Səfirliyin yaydığı məlumatda deyilir.