Almaniyanın Federal Kriminal Polisi 2023-cü ildə ölkədə qeyri-qanuni imiqrasiyanın əhəmiyyətli dərəcədə artdığı barədə hesabat dərc edib
Almaniyanın Federal Kriminal Polisi 2023-cü ildə ölkədə qeyri-qanuni imiqrasiyanın əhəmiyyətli dərəcədə artdığı barədə hesabat dərc edib

Almaniya Federal Kriminal Polisinin dərc etdiyi yeni hesabata əsasən 2023-cü ildə ölkədə qeyri-qanuni immiqrasiya əhəmiyyətli dərəcədə artıb.

Hesabat əsasən, 266 224 nəfər ölkəyə qanunsuz daxil olmaqda şübhəli bilinir ki, bu da ötən illə müqayisədə 33,4% çoxdur. Polisin bildirdiyinə görə, bu insanların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Almaniyanın Federal Kriminal Polisinin hesabatına əsasən, Avropa İttifaqının sərhəd və sahil Mühafizəsi xidməti şengen zonasının xarici sərhədindən 380 mindən çox qanunsuz keçid qeydə alıb ki, bu da 2016-cı ildən sonra ən yüksək illik göstəricidir.

Almaniya polisində bildirirlər ki, Almaniya sərhədini qanunsuz olaraq keçən miqrantlar əsasən Suriya, Türkiyə və Əfqanıstandandır.