Almaniyanın ən böyük partiyası "Xristian Demokrat İttifaqı" hakerlərin genişmiqyaslı hücumunun hədəfinə çevrilib
Almaniyanın ən böyük partiyası "Xristian Demokrat İttifaqı" hakerlərin genişmiqyaslı hücumunun hədəfinə çevrilib

 
Almaniyanın ən böyük partiyası “Xristian Demokrat İttifaqı” hakerlərin genişmiqyaslı hücumunun hədəfinə çevrilib. Bu haqda məlumatı partiyanın öz nümayəndələri və Almaniyanın Daxili İşlər Nazirliyi də təsdiqləyir.

Hücumun təşkilatçısının kim olduğu və siyasi partiyaya nə qədər ziyan dəydiyi hələlik bilinmir. Ölkənin Daxili İşlər Nazirliyində hadisə ilə bağlı istintaqın davam etdiyini bildirirlər. Bununla yanaşı, güc strukturunda hakerlərin hücumunun çox güman ki, peşəkarlar tərəfindən təşkil edildiyini deyirlər.

Hadisədən sonra təhlükəsizlik məqsədilə partiyaya məxsus kompüter avadanlığı şəbəkədən ayrılıb.

Haker hücumunun istintaqı Almaniyanın Konstitusiya Təhlükəsizliyinin Müdafiəsi üzrə Federal İdarəsi tərəfindən həyata keçirilir.