Almaniyanın ədliyyə naziri - Gürcüstanın ədliyyə naziri böyük ləyaqətə malik insandır , biz Gürcüstanla Almaniya arasında daha sıx dostluq qururuq
Almaniyanın ədliyyə naziri - Gürcüstanın ədliyyə naziri böyük ləyaqətə malik insandır , biz Gürcüstanla Almaniya arasında daha sıx dostluq qururuq

 

Almaniya Aİ üzvlüyünə namizədlik prosesində Gürcüstanı dəstəkləyəcək-bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşdən sonra bildirib.

“Gürcüstanın ədliyyə naziri ilə görüş xoş idi. O, böyük ləyaqətə malik insandır , biz Gürcüstanla Almaniya arasında daha sıx dostluq qururuq. Mən sizin ölkənizi Aİ üzvlüyünə namizədlik prosesində dəstəkləməkdən şadam və bu prosesin bizi çox yaxşı sona aparacağına dair olduqca nikbin əhval-ruhiyyədəyəm” – deyə Marko Buşman bildirib.

Görüşdə Gürcüstan və Almaniya Federativ Respublikasının ədliyyə nazirləri əməkdaşlığın yeni formatı barədə razılığa gəliblər. Mülki və cinayət hüququ sahələrində tərəfdaşlıq daha intensiv olacaq; Almaniyalı ekspertlər Gürcüstan qanunvericiliyinin Aİ hüquq sisteminə uyğunlaşdırılması prosesinə qoşulacaqlar.

Almaniyanın ədliyyə naziri Rati Breqadzeni Berlinə rəsmi səfərə dəvət edib.

İki ölkənin ədliyyə nazirləri arasında görüş Praqada Avropa İttifaqına üzv dövlətlərin ministerialı çərçivəsində keçirilib. Tədbirdə Gürcüstan, Moldova və Ukraynanın ədliyyə nazirləri də iştirak ediblər.

Məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.