Almaniyanın Daxili İşlər Nazirliyi - Vizaliberalizasiyayı qoruyub, qoruya bilməyəcəyi Gürcüstandan asılıdır
Gürcüstan bilir ki, əgər rəqəmlər ciddi şəkildə artsa, biz vizaliberalizasiyanın dayandırılması mexanizmini işə salacağıq. Ona görə də, vizaliberalizasiyayı qoruyub, qoruya bilməyəcəyi Gürcüstandan asılıdır, – bu barədə bəyanatı Almaniyanın Daxili İşlər Naziri Tomas De Maizer Münxendə verdi.
“Biz yenə gözləyə bilərik, ancaq qaçqın statusu istəyənlərin sayı şok edicidir. Həmçinin, Gürcüstan vətəndaşları tərəfindən törədilən cinayətlərin sayının artması da dəhşət vericidir. Belə ki, Gürcüstan bu məsələ üzərində çox işləməlidir, yəni birlikdə bu məsələ üzrə çox işləməliyik” – dedi Almaniyanın Daxili İşlər Naziri.