Almaniyanın Daxili İşlər Naziri - Gürcüstan iqtidarı əlindən gələni edir ki, Almaniyadan sığınacaq istəyən vətəndaşlarının sayı dahada artması
Almaniyanın Daxili İşlər Naziri - Gürcüstan iqtidarı əlindən gələni edir ki, Almaniyadan sığınacaq istəyən vətəndaşlarının sayı dahada artması

Almaniyanın Daxili İşlər Naziri Tomas De Maizerin bəyan etdiyinə görə, Gürcüstan iqtidarı əlindən gələni edir ki, Gürcüstandan sığınacaq istəyənlərin sayı daha da artmasın.

Bu barədə bəyanatı Tomas De Maizer Brüsseldə Avropa İttifaqının Ədliyyə və Daxili İşlər Nazirlərinin görüşünün başlamasına qədər verdi.

“Gürcüstandan sığınacaq istəyənlərin sayı şok edicidir, ancaq Gürcüstan iqtidarının bu barədə gərəkli məlumatı var və əlindən  gələni edir ki, bu rəqəm daha da artmasın.

Brüsseldə Avropa İttifaqının Ədliyyə və Daxili İşlər Nazirlərinin görüşü keçirilir.

Görüşün əsas müzakirə ediləcək mövzuları təhlükəsizlik və miqrasiyadır.

Nazirlər mövcud olan miqrasiya siyasətinin həyata keçirilməsini və həmçinin həyata keçirilən tədbirləri müzakirə edəcəklər.