Almaniyanın Brandenburq şəhərində regional parlament seçkiləri keçirilir
Almaniyanın Brandenburq şəhərində regional parlament seçkiləri keçirilir. Almaniya mətbuatının məlumatına görə, təxminən 2,1 milyon insan səsvermə hüququna malikdir.
Son sorğulara görə, seçki yarışının liderləri Sosial Demokrat Partiyası və ifrat sağçı “Almaniya üçün Alternativ” siyasi birliyidir.
Türingiyada keçirilən regional seçkilərdə artıq uğur qazanan Almaniya üçün alternativin ikinci bölgədə də qalib gəlmək şansı var.
Sosioloji araşdırmalara görə, “Almaniya üçün Alternativ”i Brandenburq bölgəsində seçicilərin təxminən 28%-i, Olaf Şolsun “Sosial Demokrat Partiyası” isə 27%-i dəstəkləyir. Üçüncü yerdə təxminən 14-15% səslə Xristian-Demokrat İttifaqıdır. İlin əvvəlində yaradılmış “Sara Vaqenknext İttifaqı” da 13-14% səs toplaya bilər. Almaniyanın hakim koalisiyasına daxil olan “Yaşıllar” və “Azad Demokratlar” da daxil olmaqla, qalan partiyaların 5%-lik baryeri keçərək regional parlamentə daxil olacağı gözlənilmir.
Brandenburq hazırda Sosial Demokrat Partiyası, Xristian Demokrat İttifaqı və Yaşılların koalisiyası tərəfindən idarə olunur. “Yaşıllar” regional parlamentə daxil ola bilməsələr, yeni koalisiyanın yaradılması prosesi son dərəcə çətin olacaq, çünki digər partiyalar ifrat sağçılarla hər hansı əməkdaşlığı qəti şəkildə istisna edir.
Almaniya mətbuatının yazdığına görə, bu seçki hazırda reytinqi rekord həddə olan Almaniyanın hakim koalisiyası üçün ciddi sınaq olacaq.