Almaniyada ölkənin birləşməsi gününü qeyd edirlər
Almaniyada ölkənin birləşməsi gününü qeyd edirlər

Bu gün Almaniyada ölkənin birləşməsi gününü qeyd edirlər.

Bayram tədbirləri Berlinin bütün məşhur küçələrində keçirilir.

“Ölkənin birlik” günü Almaniyada hər il keçirilən milli bayramdır.

1990-cı ilin oktyabrın 3-də sabiq demokratik Almaniya Respublikasının beş torpağı formal olaraq, Alman Federal Respublikasına birləşdi.

Almaniyanın birləşməsi günü ilk öncə noyabrın 9-da qeyd edilməli idi, ancaq, o gün natsistlər tərəfindən yahudilərə qarşı həyata keçirilən hücum gününə düşürdü və ona görə də, bayram tarixi oktyabrın 3-nə keçirildi.