Almaniyada musiqi festivalında silahlı şəxs bıçaqla 3 nəfəri öldürüb, bir neçə nəfər isə ağır yaralanıb
Almaniyada musiqi festivalında silahlı şəxs bıçaqla 3 nəfəri öldürüb, bir neçə nəfər isə ağır yaralanıb

Almaniyanın cənubundakı Solingen şəhərində keçirilən musiqi festivalında silahlı şəxs bıçaqla 3 nəfəri öldürüb, bir neçə nəfəri isə ağır yaralayıb.

“Reuters” xəbər agentliyinin məlumatına görə, polis hələ də hücum edən şəxsi axtarır.

Şahidlər dindirilir. Şəhərdə təhlükəsizlik tədbirləri mümkün qədər gücləndirilib.