Almaniyada Münhen hava limanı iqlim mühafizəsi fəallarının nümayişi səbəbindən müvəqqəti olaraq bağlandı
Almaniyada Münhen hava limanı iqlim mühafizəsi fəallarının nümayişi səbəbindən müvəqqəti olaraq bağlandı

Almaniyada iqlim mühafizəsi fəallarının nümayişi ilə əlaqədar Münhen hava limanı müvəqqəti olaraq bağlandı, məlumatı “Deutsche Welle” yayır.

Medianın yazdığı kimi, iqlim mühafizəsi fəalları uçuş zolaqlarını zəbt etdilər. Mitinq iştirakçılarının tutduqları banerlərin birində “Problem bizim bayramımız deyil, hökumətdir” sözləri yazılmışdı. Polisin məlumatına görə, azı 8 fəal saxlanılıb.

Hava limanının sözçüsü Münhen hava limanının təxminən iki saat ərzində uçuş və eniş üçün tamamilə bağlı olduğunu bildirdi. Təxminən 11 reys müxtəlif hava limanlarına yönləndirildi, 60-a yaxın reys ləğv edildi.