Almaniyada Leypsiq yaxınlığında “Flixbus”a məxsus avtobus magistral yolda hərəkətdə olarkən aşıb, 5 nəfər həlak olub

16:08, 27.03.2024

“BBC”nin məlumatına görə, Almaniyanın Leypsiq şəhəri yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub. Yaralılar da var. “BBC”nin xəbər verdiyi üzrə, “Flixbus”a məxsus avtobus magistral yolda hərəkətdə olarkən aşıb.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Təsdiqlənməmiş məlumatlara görə, avtobus Berlindən Nürnberqə hərəkət edirmiş. Son təyinat yeri Sürix idi. Yayılan məlumata əsasən, avtobusda 53 sərnişin və iki sürücü olub.

Saksoniyanın yerli hökuməti həlak olanların yaxınlarına başsağlığı verib.

Oxşar