Almaniyada daşqından zərər çəkmiş iki ştatda vəziyyət yenə də ağırdır
Almaniyada daşqından zərər çəkmiş iki ştatda vəziyyət yenə də ağırdır

 
Almaniyada daşqından zərər çəkmiş iki ştatda vəziyyət yenə də ağırdır. “Deutsche Welle”nin verdiyi məlumata əsasən, bir xilasedici həlak olub, eləcə də bir nəfər itkin düşmüş hesab olunur.

Çox sayda insanın su basmış evlərində sıxışıb qaldığı Rudersberq munisipalitetində təxliyə davam edir. Təbii fəlakətə görə 3000-dən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı, on rayonda isə fövqəladə vəziyyətin elan edildiyi Bavariyada da vəziyyət ağırdır.

Medianın yazdığı üzrə, Kelheim şəhərində Dunay çayının səviyyəsi son 20 il ərzində ola bilsin ən yüksək göstəriciyə çatsın.

Almaniyanın kansleri Olaf Şolts daxili işlər naziri Nensi Fezerlə birlikdə bu gün zərər çəkmiş bölgələrə gedəcək.