Almaniyada Avropalı Sosial -Demokratlar Partiyasının beynəlxalq konqresində Gürcüstanın Avropa perspektivinə dəstəkdən də bəhs edilən qətnamə qəbul edilib
Avropalı Sosial-Demokratlar Partiyasının (PES) Almaniyada keçirilən beynəlxalq konqresində Gürcüstanın Avropa perspektivinə dəstəkdən də bəhs edilən qətnamə qəbul edilib.
Qətnamədə konqres iştirakçılarının Ukrayna və Moldovaya statusun verilməsini və Gürcüstana namizəd statusunun verilməsinə hazır olduqlarını dəstəklədiyi qeyd olunur.
“Biz Ukrayna və Moldovaya namizəd statusunun verilməsinin və Gürcüstana statusun verilməsinə hazır olmağın tərəfdarıyıq. Onların gələcəyi Avropa İttifaqındadır və biz qanunun aliliyi və demokratiya da daxil olmaqla üzvlük üçün bütün meyarlar yerinə yetirildikdən sonra bunun mümkün qədər tez baş verməsini istəyirik”- deyə qətnamədə qeyd olunub.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində keçirilən Avropalı Sosial -Demokratlar Partiyasının (PES) beynəlxalq konqresində iştirak edir.