Almaniya və Fransa səfirləri birgə müraciət yayırlar - Gürcüstandakı bütün siyasi qüvvələri məqsəd ətrafında birləşməyə və ona nail olmaq üçün birlikdə işləməyə çağırırıq
Fransa və Almaniya Federativ Respublikasının Gürcüstandakı səfirləri Şeraz Qasri və Piter Fişer birgə bəyanat yayırlar.
“2023-cü ilin dekabrında Avropa İttifaqı və Gürcüstan tarixi fürsət əldə edəcəklər: Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi. Bu, hədəfi Gürcüstanın Avropa İttifaqına üzvlüyü olan Gürcüstan və Avropa İttifaqı arasında uzunmüddətli tərəfdaşlıq və dostluğun növbəti mərhələsi olardı.
Biz Gürcüstandakı bütün siyasi qüvvələri bu məqsəd ətrafında birləşməyə və ona nail olmaq üçün birgə işləməyə çağırırıq.
Bu baxımdan, Gürcüstandan Aİ ölkələrinin paytaxtlarına və Avropa strukturlarına , Brüsselə dövlət və hökumət başçılarının, hökumətin müxtəlif üzvlərinin, eləcə də parlamentlərdən geniş nümayəndəliklərin görüşləri ilə bu yaxınlarda baş tutan və gözlənilən səfərləri təqdir edirik”- deyə məlumatda qeyd olunub.