“Almaniya üçün Alternativ” partiyası hesab edir ki, Almaniyanın hakim koalisiyası Moskva ilə dialoqun bərpası üçün addımlar atmalıdır
“Almaniya üçün Alternativ” partiyası hesab edir ki, hakim koalisiyanın Moskva ilə dialoqu bərpa etmək üçün addımlar atması lazımdır.
“Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya və Berlindəki seçki nəticələrinin federal hökumətə göndərdiyi siqnal məhz budur”, – “Almaniya üçün Alternativ” həmsədri Tino Hrupala mətbuat konfransında “Deutsche Welle” müxbirinin sualına cavab olaraq bildirib.
Hrupalanın sözlərinə görə, üç federal torpaqdakı seçki nəticələri göstərir ki, “vətəndaşların fərqli bir siyasət, xüsusən də sülh və diplomatiya siyasəti tələb etməyə haqqı var və onlar bunu istəyirlər”.
Onun bildirdiyinə görə, tələblərdən biri Almaniyanın federal kansleri Fridrix Mertsin “eskalasiyanın və silahlanmanın artmasının qarşısını almaq üçün nəhayət Moskvaya getməsi və orada danışıqlar aparmasıdır”.
Məlumat üçün bildirək ki, sentyabrın əvvəlində “Almaniya üçün Alternativ” partiyası Saksoniya-Anhalt torpağında keçirilən seçkilərdə qalib gəlib. Sentyabrın 20-də keçirilən Meklenburq-Ön Pomeraniya torpaq seçkilərində də AfD kansler Mertsin “Xristian Demokrat İttifaqını“ (CDU) geridə qoyub.
Almaniyanın federal torpaq statusuna malik paytaxtında keçirilən seçkilərdə solçu partiya qalib gəlib.