Almaniya Səfirliyi - qanunlayihənin geri çağırılması qərarı düzgün və vacib addımdır, əhali ilə dialoqun aparılması təşəbbüsünü xüsusilə alqışlayırıq
“Xarici təsir şəffaflığı barəsində” qanunlayihənin geri çağırılması qərarı düzgün və vacib addımdır, – bu barədə Almaniyanın Gürcüstqandakı Səfirliyinin bəyanatında deyilir.
Bəyanatda eləcə də qeyd olunur ki, əhali ilə dialoqun aparılması təşəbbüsünü xüsusilə alqışlayırlar.
“Prosesə müvafiq qrupların cəlb edilməsi və peşəkar dialoq bütün demokratik qanunvericilik proseslərinin əsasını təşkil edir. Biz bütün iştirakçıları, Gürcüstanın Avropa gələcəyi üçün birlikdə lazımi addımlar atmağa çağırırıq”, – bəyanatda deyilir.