Almaniya səfirliyi - Dinc inqilab mümkündür, Berlin divarının yıxılması buna misaldır
Dinc inqilab mümkündür. Berlin divarının uçması buna misaldır, – bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin “Facebook” səhifəsində Berlin divarının uçmasının 35-ci ildönümü ilə bağlı dərc olunmuş bəyanatda deyilir.
Səfirliyin məlumatına görə, bu gün də eyni şeyi demək olar ki, azadlıq öz-özünə gəlmir.
“Onilliklər ərzində Almaniya Demokratik Respublikası öz vətəndaşlarını zülm və zorakılıq sistemində saxlayıb. ADR vətəndaşları cəsarət və öz müqəddəratlarını təyin etmək, azadlıqda yaşamaq istəklərini nümayiş etdirərək Berlin divarının dağıdılmasına nail oldular. Bununla onlar Mərkəzi və Şərqi Avropa xalqları ilə birlikdə Almaniyanın yenidən birləşməsinə və azad, vahid Avropaya zəmin yaratdılar. Bu gün də eyni şeyi demək olar: azadlıq öz-özünə gəlmir, biz onun uğrunda mübarizə aparmalıyıq – o vaxt da belə idi, bu gün də belədir, burada və bütün dünyada”. – bəyanatda deyilir.