Almaniya Səfirliyi - bu gün Gürcü Şərabı Günüdür, ilin birinci yarısında Almaniyaya gürcü şərabının ixracı 27 faiz artıb, artan tendensiya bizi sevindirir
Almaniyanın Gürcüstandakı Səfirliyi tərəfindən verilən məlumatda cari ilin birinci yarısında Almaniyaya 494 min litr gürcü şərabının ixrac edildiyi deyilir.
Səfirliyin “Facebook” səhifəsində yazdığı üzrə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə Almaniyaya şərab ixracının 27 faiz artdığı mənasına gəlir.
“Bu gün Gürcü Şərabı Günüdür! Bu ilin birinci yarısında Almaniyaya 494 min litr gürcü şərabının ixrac edildiyini bilirsiniz mi, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə Almaniyaya şərab ixracının 27 faiz artması mənasına gəlir.
Bu artan tendensiya bizi sevindirir!” -deyə Almaniyanın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda deyilir.