Almaniya Səfirliyi - Analena Berbokun əsas mesajıdır ki, Almaniya Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq yolunda Gürcüstanı dəstəkləməyi davam etdirəcək
Analena Berbokun əsas mesajıdır ki, Almaniya Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq yolunda və bunun üçün lazım olan islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləməyi davam etdirəcək, – bu barədə Almaniyanın Gürcüstandakı Səfirliyinin Analena Burbokun Gürcüstana səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunur.
“Almaniyanın Xarici İşlər naziri, Analena Berbok dünən axşam saatlarında Tbilisiyə endi. Nazir bu gün gərgin proqramı çərçivəsində hökumət, siyasi partiyalar və mülki cəmiyyətinin nümayəndələri ilə görüşlər gözləyir. Bundan başqa, nazir tələbələrlə Gürcüstanın Avropa gələcəyi barəsində danışacaq. Xanım Berbokun əsas mesajıdır: Almaniya Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq yolunda və bunun üçün lazım olan islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləməyi davam etdirəcək”, – Almaniyanın Gürcüstandakı Səfirliyinin məlumatında deyilir.