Almaniya səfirliyi - Almaniya Gürcüstanın milli suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, biz Rusiyanı saziş üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq
Almaniya səfirliyi - Almaniya Gürcüstanın milli suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, biz Rusiyanı saziş üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq

Almaniyanın Gürcüstandakı səfirliyi avqust müharibəsinin 16-cı ildönümü ilə bağlı bəyanat yayıb.

“Bu gün Rusiya Federasiyası ilə Gürcüstan arasında silahlı münaqişənin başlamasından 16 il ötür.

Almaniya Federativ Respublikası Gürcüstanın milli suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir. Separatçı regionların – Abxaziya və Cənubi Osetiyanın Rusiya Federasiyası və digər dövlətlər tərəfindən birtərəfli qaydada tanınması qəbuledilməzdir.

Biz Rusiyanı 2008-ci il 12 avqust və 8 sentyabr tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – səfirliyin bəyanatında deyilir.