Almaniya səfiri etimadnaməsinin surətlərini İlia Darçiaşviliyə təqdim edib
Almaniya səfiri etimadnaməsinin surətlərini İlia Darçiaşviliyə təqdim edib

 

Almaniya Federativ Respublikasının Gürcüstana təyin olunmuş səfiri Piter Fişer etimadnaməsinin surətlərini Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə təqdim edib.

Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, etimadnamələrin surətlərinin təqdim edilməsi mərasimindən sonra keçirilən görüşdə nazirin səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.

“Görüşdə Gürcüstan və Almaniyanın yaxın dost və etibarlı tərəfdaş olduğu, ölkələr arasında ənənəvi dostluq münasibətlərinin möhkəm tarixi təmələ və ümumi dəyərlərə söykəndiyi məmnunluqla qeyd olunub. Nazir və səfir demək olar ki, bütün sahələri əhatə edən çoxşaxəli əməkdaşlığı, xalqlararası güclü və mədəni əlaqələri müsbət qiymətləndiriblər. İkitərəfli münasibətlərin dinamik gündəmi və gələcək planlardan danışıblar.

Həm icraçı, həm də qanunvericilik nümayəndələrinin yaxın gələcəkdə planlaşdırdıqları yüksək səviyyəli səfərlərin əhəmiyyətinə diqqət yetirilib. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin müzakirəsi zamanı Almaniyanın ənənəvi olaraq ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olması müsbət qiymətləndirilib və alman biznesinin investisiya və logistika sahəsində Gürcüstana marağının artırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionda dəyişmiş təhlükəsizlik mühiti və beynəlxalq gündəmdəki çağırışlar fonunda tərəfdaşların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə və ölkəmizin xarici-siyasi prioritetlərinə güclü siyasi dəstəyinin vacibliyi vurğulanıb. Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı qərara xüsusi diqqət yetirilib və Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya yolunda dönməz irəliləyişi qeyd edilib.

Nazir Almaniya səfirini Avropaya inteqrasiyanın cari gündəliyi və Gürcüstanın həm assosiasiya gündəliyində nəzərdə tutulmuş öhdəliklərin, həm də Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi baxımından əldə etdiyi irəliləyişlər barədə məlumatlandırıb. Almaniyanın səfiri ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin Avropa və Avro-Atlantik inteqrasiyasına sarsılmaz dəstəyini bir daha təsdiqləyib və iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi barədə hazır olduğunu bildirib” – deyə Xarici İşlər Nazirliyindən bildirilib.