Atoneli prezident igamətgahında Almaniya prezidentinin rəsmi qarşılama mərasimi keçirildi. Almaniyalı həmkarına Gürcüstan prezidenti, Salome Zurabişvili ev sahibliyi etdi. Rəsmi qarşılama mərasimindən sonra prezidentlər öncə təkbətək, sonra isə, genişləndirilmiş formatda görüşəcəklər. Görüşdən sonra media üçün birgə bəyanatlar planlaşdırılıb.
Prezidentlər jurnalistlərin suallarını da cavablandıracaqlar.
Prezident igamətgahından sonra Frank Valter Ştaynmayer qanunvericilik orqanına gedəcək. Almaniya prezidentinə Parlamentin sədri, Arçil Talakvadze ev sahibliyi edəcək. Elə bu gün baş nazir, Giorgi Qaxariya ilə görüş planlaşdırılıb.
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində, Frank Valter Ştaynmayer Katalikos Patriarx və həmçinin biznesmenlər ilə görüşəcək.
Rəsmi səfərin mədəni proqramı çərçivəsində, Frank Valter Ştaynmayer Alaverdi monatrını və Çar Erekle muzeyini gözdən keçirəcək.