Almaniya Parlamentinin Prezidenti Berbel Bas bu gün Tbilisidə səfərdədir
Almaniya Parlamentinin Prezidenti Berbel Bas bu gün Tbilisidə səfərdədir

 
Almaniya Parlamentinin Prezidenti Berbel Bas bu gün Tbilisidə səfərdədir.

Almaniyanın Gürcüstandakı səfirliyindən verilən məlumatda Berbel Basın səfərinin onun gürcü həmkarı Şalva Papuaşvilinin dəvəti ilə həyata keçirildiyi bildirilir. Verilmiş məlumatda Berbel Basın Şalva Papuaşvili, Salome Zurabişvili və İrakli Ğaribaşvili ilə görüşəcəyi deyilir.

Səfirlik tərəfindən yayılan məlumatda qeyd olunduğu üzrə, Almaniya Parlamentinin Prezidentinin Gürcüstana səfəri Almaniya ilə Gürcüstan arasında sıx əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

“Xanım Bas vacib məqamda Gürcüstana gəlir. Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün müraciət edib və bundan irəli gələrək, bu məqsədə çatmaq üçün gələcək addımlardan bəhs ediləcək. Bundan əlavə, Bas Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Gürcüstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

Parlamentin Prezidenti Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, həmçinin Gürcüstan Prezidenti, xanım Salome Zurabişvili və Gürcüstanın Baş naziri, cənab İrakli Ğaribaşvili ilə görüşəcək.

Səfər proqramına həmçinin Cənubi Osetiya ilə inzibati xəttə səfər və Aİ-nin Monitorinq Missiyasının brifinqi də daxildir.

Almaniyanın ikinci dövlət nümayəndəsinin Gürcüstana səfəri gələcəkdə sıx əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək”-deyə səfirliyin məlumatında qeyd olunur.

Almaniya Parlamentinin Prezidentinin Gürcüstana səfəri iyulun 12-də başa çatacaq.