Almaniya koalisiya hökuməti Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib
Almaniya koalisiya hökuməti Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib. Bu, Almaniyanın daxili işlər naziri Nensi Fesserin təqdim etdiyi və Nazirlər Kabinetinin təsdiq etdiyi qanun layihəsində nəzərdə tutulub.
Təhlükəsiz ölkələr siyahısına daxil edilməsi o deməkdir ki, bu ölkələrin vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılacaq və rədd cavabı verildiyi təqdirdə deportasiya proseduru sürətləndiriləcək.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci il və 2023-cü ilin birinci yarısında Gürcüstan və Moldova vətəndaşlarının sığınacaq üçün müraciətlərinin 99,9 faizi rədd edilib. Ötən il Gürcüstandan 8865, Moldovadan isə 5218 vətəndaş Almaniyadan sığınacaq üçün müraciət edib.