Almaniya iqtidarı iri şirkətlərin idarə strukturlarında qadınlara kvotaların verilməsinə qərar verdi
Almaniya iqtidarı iri şirkətlərin idarə strukturlarında qadınlara kvotaların verilməsinə qərar verdi

Almaniya iqtidarı iri şirkətlərin idarə strukturlarında qadınlara kvotaların verilməsinə qərar verdi.

“Avronyusun” məlumatına görə, yeni requlyasiyalara əsasən, idarə sturkturunda üçdən artıq nəfərin olduğu iri şirkətlərdə, ən az bir qadın idarəçi olmalıdır.

İqtidar bu requlyasiyayı artıq təsdiqlədi və indi onu parlament qəbul etməlidir.

Bugün qüvvədə olan qanunla isə, Almaniyada gender kvotları iri şirkətlərin sadəcə nəzarət şuralarına aid idi.

Almaniyanın Ədliyyə Naziri bəyan etdi ki, qadınlar şirkətlərin idarə strukturlarında müsbət atmosfer yaradacaqlar və digər qadınlar üçün də nümunə olacaqlar.

Yeni requlyasiyaları Almaniyanın Maliyyə Naziri Olaf Şolts da dəstəklədi.