Almaniya iqtidarı internetdə nifrət dili haqqında qanunlayihəyi dəstəklədi
Almaniya iqtidarı internetdə nifrət dili haqqında qanunlayihəyi dəstəklədi

Almaniya iqtidarı internetdə nifrət dili haqqında qanunlayihəyi dəstəklədi.

Təşəbbüs sosiyal şəbəkələrin platformalarında qeyri-qanuni kontent haqqında hüquqmühafizə orqanlarına bildirişi nəzərdə tutur. Konkret olaraq isə, söhbət ölüm təhdidləri, nifrət yaymaqdan və digər hərəkətlərdən gedir.

Almaniyanın Ədliyyə Naziri Kristine Lambrext qeyd etdi ki, yeni qanun paketini qəbul etməklə, ölkə iqtidarı nifrət əsasında törədilən cinayətlərə qarşı mübarizəyi gücləndirir.

“İnternetdə nifrət yayanlar və yaxud insanları təhdid edənlər gələcəkdə daha sərt şəkildə məsuliyyətə cəlb olunacaqlar” – qeyd etdi nazir.

Qeyd olunan qanunun qüvvəyə minməsinə qədər hələ Almaniya parlamentinin hər iki palatasının dəstəyinə ehtiyacı var.

Almaniya iqtidarı belə bir qanunun senzuraya qədər getməsi haqqında fikirlərlə razılaşmır.

“İnternet vasitəsi ilə yayılan nifrət əsasında törədilən cinayətlər gərəkdiyi yerdə, – məhkəmədə başa çatmalıdır” – dedi Lambrext.