Almaniya hakim koalisiyasının dağılmasının yaratdığı siyasi böhran nəticəsində Bundestaqda gündəm dəyişib

13:09, 08.11.2024

Almaniya hakim koalisiyasının dağılması nəticəsində yaranan siyasi böhran nəticəsində Almaniya Bundestaqında gündəm dəyişib.

Hazırda mövcud olan məlumata görə, bu gün Bundestaq yeganə məsələni – Berlin divarının uçmasının 35-ci ildönümünü müzakirə edəcək, daha sonra alman deputatlar ölkədəki siyasi vəziyyəti müzakirə edəcəklər.

Məlumat üçün bildirək ki, Almaniya kansleri noyabrın 6-da maliyyə naziri, “Azad Demokratlar” partiyasının üzvü Kristian Lindnerin istefaya göndərilməsi barədə qərar qəbul etdikdən sonra Almaniyada siyasi böhran başlayıb. Bu səbəbdən “Sosial Demokratlar”, “Yaşıllar” və “Azad Demokratlar”ın daxil olduğu hakim koalisiya faktiki olaraq dağıldı.

Almaniya kansleri maliyyə nazirinə müvəqqəti əvəz təyin edəcəyini açıqlayıb və artıq 2025-ci ilin yanvarında hökumətə etimad məsələsinin qaldırılacağı səsvermə keçiriləcək. Müxalifət Şolzun planı ilə razılaşmır və Almaniyada növbədənkənar seçkilərin mümkün qədər tez təyin edilməsi üçün hökumətə etimad səsverməsi məsələsinin yaxın bir neçə gün ərzində gündəmə gətirilməsini tələb edir.

Oxşar