Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Parlament Qrupu Gürcüstana səfər edəcək
Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Parlament Qrupu Gürcüstana səfər edəcək

 

Martın 22-24-də Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Parlament Qrupu Gürcüstana səfər edəcək.

Almaniyanın Gürcüstandakı səfirliyindən verilmiş məlumatda bildirilir ki, nümayəndə heyətinə Tabea Riosner (İttifaq 90/Yaşıllar), Niko Tipelt (Azad Demokratlar Partiyası), Qiokai Akbulut (Solçular) və Palko Drossman (Sosial Demokrat Partiyası) daxildir.

Səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan parlamentinin müxtəlif komitələrinin sədrləri və Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili ilə görüşlər keçirilməsi planlaşdırılır.

“Nümayəndə heyətinin səfərinin hədəfi uzun illər boyunca mövcud yaxşı parlament əlaqələrini davam etdirmək və dərinləşdirmək, əsas müzakirə mövzuları isə qanuni dövlət məsələləri, daxili və xarici siyasət, eləcə də Avropa siyasətinin istiqamətləri olacaq.

Bundan əlavə, nümayəndə heyətinin üzvləri inkişaf, sosial və dövlət siyasəti mövzularından danışacaq və açıq formatda demokratiya, insan hüquqları və mətbuat azadlığı məsələlərini müzakirə edəcəklər.

Səfərin məqsədi eləcə də deputatlar, Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələri ilə əlaqələri dərinləşdirməyə, yerindəcə məlumat almağa və gələcək əməkdaşlıq imkanlarını müzakirə etməyə xidmət edir”-deyə Almaniyanın Gürcüstandakı səfirliyinin məlumatında qeyd olunur.