Almaniya Əfqanıstanda məhkum olunmuş miqrantların deportasiyasını bərpa edib
Almaniya Əfqanıstanda məhkum olunmuş miqrantların deportasiyasını bərpa edib

Almaniya Əfqanıstanda məhkum olunmuş miqrantların deportasiyasını bərpa edib.

Almaniya mətbuatının məlumatına görə, Qətərin vasitəçiliyi ilə bir neçə ay davam edən gizli danışıqlardan sonra bu gün Leypsiqdən Kabilə ilk deportasiya reysi həyata keçirilib.

Almaniyanın daxili işlər nazirinin sözlərinə görə, bu reysdə 28 cinayətkar ölkədən çıxarılıb. Alman hakimiyyəti hər deportasiya edilənə min avro ödəyib

“Biz bu insanları Əfqanıstana deportasiya edəcəyimizi bildirdik. Biz bunu çox danışmadan diqqətlə hazırladıq, çünki bu cür planlar yalnız səy göstərsəniz və bunu diqqətlə və ehtiyatla etsəniz uğurla həyata keçirilir. Bu, bu gün edildi. Ona görə də bu işdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Bu, cinayət törədən şəxsin deportasiya olunmayacağına ümid etməməsinin açıq əlamətidir”, – deyə Olaf Şolz bildirib.

2021-ci ildə “Taliban” ölkə başına gəldikdən sonra Almaniya Əfqanıstana deportasiyanı dayandırıb.

İmmiqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı qərar Almaniya koalisiya hökuməti tərəfindən son hücumlardan sonra verilib.

Avqustun 23-də Solingen şəhərində musiqi festivalında bıçaqlı hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Hücumda Suriyalı şübhəli bilinir. Bundan əvvəl, iyun ayında Mannheim şəhərində əfqan kişi polisi bıçaqlayaraq öldürmüşdü.