Almanın subsidiyalaşdırılması proqramına 20-dək müəssisə qoşulacaq
Almanın subsidiyalaşdırılması proqramına 20-dək müəssisə qoşulacaq

 

Almanın subsidiyalaşdırılması haqqında qərar qəbul etdik, fermerlərimizi təşviq etməli və bir kiloqram qeyri-standart almanın belə təhvil alınmadan qalmaması üçün dəstəkləməliyik, fermerlər müvafiq gəlir əldə edəcəklər – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazir , proqrama 20-yə yaxın müəssisənin qoşulacağını və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqianın rəhbərlik edəcəyi müvafiq koordinasiya şurasının yaradılacağını bildirib.

“Almanın subsidiyalaşdırılması haqqında qərar qəbul etdik, bu məsələni cənab Otar Şamuqia hazırladı. Bu il 120 min ton alma gözləyirik. Biz əvvəlki illərdə subsidiyalar vermişik, bu il də subsidiyalaşdıracağıq. Bildiyiniz üzrə, Qori və Kareli munisipalitetlərində alma istehsalına xüsusi diqqət yetirilir və buna görə də fermerlərimizi təşviq etməli və bir kiloqram qeyri-standart almanın belə təhvil alınmadan qalmaması üçün dəstəkləməliyik, fermerlər müvafiq gəlir əldə edəcəklər. Bu proqrama 20-yə yaxın müəssisə qoşulacaq, Otar Şamuqia müvafiq koordinasiya qərargahı yaradacaq və hər şey ən yüksək səviyyədə həll olunacaq” – deyə hökumət başçısı bildirib.