Alman həkimləri bəyan edirlər ki, rus müxalifətçisi, Aleksey Navalnı zəhərləndirilib. Bu barədə “Charite” klinikasının bəyanatında deylir. Aleksey Navalnı hazırda burada müalicə olunur. Məlumatı “BBC” yayır.
Kliniki tədqiqatlardan sonra dərc olunan yekun nəticədə deyilir ki, Navalnı aktiv maddələrlə zəhərləndirilib.
“Dəqiq tərkib hələlik məlum deyil, geniş analizə başlanıb”, – bəyanatda deyilir.
Həkimlərin dediyinə görə, Navalnı yenə də komadadır, lakin onun həyatı təhlükədə deyil.