Ali Məhkəmənin hakimlərinin seçilməsi və iqtidar dəstəsində baş verən proseslərlə bağlı Bidzina İvanişvili bəyanat yayır
Ali Məhkəmənin hakimlərinin seçilməsi və iqtidar dəstəsində baş verən proseslərlə bağlı Bidzina İvanişvili bəyanat yayır

“Gürcü Arzusu –  Demokratik Gürcüstan”-ın sədri Bidzina İvanişvili Ali Məhkəmənin hakimlərinin seçilməsi və iqtidar dəstəsində baş verən proseslərlə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, Ali Məhkəmənin tərkibində bugün 28-dən sadəcə 10 hakim təqdim edilb və bu da məhkəmənin normal funksiyasına problem yaradır.

Bidzina İvanişvilinin bəyanatında deyilir ki, Eka Beselianın parlamentin hüquqi məsələlər üzrə komitə sədrliyindən istefasının  hakimlərin seçilməsi məsələsi ilə əlaqələndirilməsi onun üçün anlaşılmaz oldu.

Bidzina İvanişvili bəyan etdi ki, Eka Beselianın Parlamentin Hüquqi Məsələlər Üzrə Komitə sədrliyindən çıxardılması ilə bağlı qərar hələ ötən ilin yay fəslində verilmişdi və qeyd olunan qərar iqtidar dəstəsində 2017-ci ildə yaranan problemlə bağlı idi.

“Təəssüf ki, Eka Beselia, öz istefasını Ali Məhkəmənin hakimlərinin seçilməsi ilə əlaqələndirdi” – deyir Bidzina İvanişvili.

İvanişvili bəyan edir ki, qeyd olunan səbəblərə görə, Eka Beselianın parlament sədrinin müavini vəzifəsinə seçilməsi məsələsi də gündəmdən qaldırıldı.

Bidzina İvanişvilinin bəyanatında deyilir ki, Ali Məhkəmənin hakimlərinin seçilməsi məsələrinə yenə bir ay veriləcək və müvafiq qərarlar, bir çox maraqlanan tərəflərin iştirakı ilə aparılan geniş müzakirələrdən sonra vqəbul ediləcək.