Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşmə avqustun 7-də yenilənəcək
Ali Ədliyyə Şurası Ali Məhkəmə hakimliyinə namizədlərlə söhbətləşmə prosesini avqustun 7-də bərpa edəcək.
Ali Ədliyyə Şurasının üzvü, Dimitri Qvritişvilinin bəyan etdiyinə görə, Şura avqustun 7-də saat 10:00-dan iki namizədi dinləyəcək.
Bununla yanaşı onun dediyinə görə, Ali Ədliyyə Şurasında Ali Məhkəmə hakimliyinə namizədlərin seçilməsi və səsverməsi prosesi güman edildiyinə görə, avqustun ortalarında başa çatacaq.