Ali Ədliyyə Şurası Şota Kadaqidzeni müstəqil müfəttiş vəzifəsinə seçdi
Ali Ədliyyə Şurası müstəqil müfəttiş seçdi. Şura 11 səslə Şota Kadaqidzeni müstəqil müfəttiş vəzifəsinə təsdiqləyib. Onun namizədliyini Şuranın iclasında iştirak edən bütün üzvlər dəstəkləyib.
Şota Kadaqidze 2017-2021-ci illərdə Ali Ədliyyə Şurasının qeyri-hakim üzvü olub.
Keçmiş müfəttiş Zurab Aznauraşvili bu ilin iyununda işdən çıxarılması üçün Şuraya müraciət etdikdən sonra müstəqil müfəttiş vəzifəsi boş qalıb.
Müstəqil müfəttiş vəzifəyə Ali Ədliyyə Şurası tərəfindən müsabiqə əsasında beş il müddətinə təyin edilir. Müstəqil Müfəttişlər İnstitutunun məqsədi hakimə qarşı intizam icraatının başlanması və intizam icraatının ibtidai ekspertizası/araşdırılmasıdır.