Alen Delon həyatını itirib
Alen Delon həyatını itirib

Fransa kinosunun əfsanəsi, aktyor, kinorejissor və ssenarist Alen Delon 88 yaşında vəfat edib. Bu məlumatı onun övladları Fransa mətbuatına təsdiqləyib.

Ailənin dediyinə görə, aktyor üç övladı və digər ailə üzvlərinin əhatəsində Luara bölgəsindəki evində dünyasını dəyişib.

Alen Delon çoxsaylı mükafatlar, o cümlədən “Bizim hekayəmiz” filmində ən yaxşı aktyor üçün Sezar mükafatı qazanıb, “Qızıl Qlobus”a namizəd olub, Berlin və Kann kinofestivallarında fəxri mükafatlara layiq görülüb.

Alen Delon Fəxri Legion ordeni ilə təltif edilib.

Aktyor “Takara Sun”, “Rokko və qardaşları”, “Bəbir”, “Qara Tita” və digər filmləri ilə xüsusi şöhrət qazanıb.