Aleksi Batiaşvili - DTX partiyalı deyil, biz bunu qəti şəkildə inkar edirik
Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Aleksi Batiaşvili bildirib ki, parlamentdə komitələrin 2022-ci il üzrə fəaliyyət hesabatını təqdim etdiyi birgə iclasda çoxsaylı suallar verilib və o, onları cavablandırıb.
Onun sözlərinə əsasən, Dövlət Təhlükəsizliyi Xidməti partiyalı deyil və belə bir fikri qəti şəkildə rədd edir.
“Komitənin iclası maraqlı keçdi, bir çox suallara cavab verdim. Dövlət Təhlükəsizliyi Xidməti partiyalı deyil, biz bunu təsdiq etmirik və qəti şəkildə inkar edirik”, – deyə Aleksi Batiaşvili bildirib.