Aleksey Arestoviç - rusların rezervistləri çatmır və indi Abxaziya və Dağlıq Qarabağda könüllülər axtarırlar
Rusların rezervistləri çatmır və indi Kafqazda, Abxaziya və Dağlıq Qarabağda könüllülər axtarırlar. Beləliklə çalışırlar 20-30 batalyon toplasınlar. Bu insanların döyüş qabiliyyətinin nə qədər təsirli olacağını başa düşmək asandır, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenskinin ofisinin rəhbəri, Aleksey Arestoviç ” Priamyi kanal” ilə müsahibəsində bəyan etdi.
Onun bəyan etdiyinə görə, Rusiya işğalçı qüvvələri üç istiqamətdə hücumu bərpa edəcəklər. Bunlar ölkənin şərqindəki terrorla mübarizə zonası, Kiyev, Xarkov və Mariupoldur.
“Onların döyüş qabiliyyəti zəiflədikcə, onlar rezervistlərlə də döyüşə bilməyəcəklər. İki-üç həftə vaxt verirəm, onların resursları tezliklə tükənəcək və “dovşana” bənzəyəcəklər, heç nə qalmayacaq nə ilə də müharibəni davam etdirə biləcəklər”, – Arestoviç qeyd etdi.