Aleksey Arestoviç bəyan edir ki, Ukrayna silahlı qüvvələri Sum və Mikolayvda rus işğalçı karvanlarını məhv ediblər
Aleksey Arestoviç bəyan edir ki, Ukrayna silahlı qüvvələri Sum və Mikolayvda rus işğalçı karvanlarını məhv ediblər

Ukrayna silahlı qüvvələri Sum və Mikolayvda rus işğalçı karvanlarına böyük zərbə vurublar, – bu barədə bəyanatı az öncə Ukrayna prezidentinin administrasiyası rəhbəri müşaviri,Aleksey Arestoviç brifinqdə verdi.

Onun dediyinə görə, rusların əsas hədəfi Mariupol, İzium, Xerson, Volnovaxa, Nikolayev olaraq qalır. Məhz bu şəhərlərdə işğalçı qüvvələrə qarşı mübarizə gedir.

“Rusiya Federasiyasının cənub bölgəsinin səkkiz hərbi hissəsi məhv edilib. Bizim hava qüvvələrimiz son 24 saat ərzində düşmən tərəfdə 12 hədəfi məhv edib”, – Aleksey Arestoviç bəyan etdi.

Brifinqdə Arestoviç Mariupol şəhərini qoruyan hərbi hissələrə, Ukrayna dəniz piyada ordusuna, Ukrayna Milli Qvardiyasına və “Azov” batalyonuna təşəkkürünü bildirdi.