Aleksei Arestoviç - Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirir
Aleksei Arestoviç - Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirir

 

Saakaşvili yavaş-yavaş ölür, Gürcüstan hakimiyyəti Rusiyayönlü kurs həyata keçirir -bu barədə Ukrayna Prezident Administrasiyasının müşaviri Aleksei Arestoviç Mark Feyqinə müsahibəsində açıqlayıb.

“Onlar düşünmürlər və ya özlərinə düşünməyə imkan vermirlər. Saakaşvili həbsxanada ölsə, hamı deyəcək ki, o, öldürülüb. Bu, daxili siyasi mübarizənin, təxribatların, kütləvi iğtişaşların, inqilabların və s.-nin güclü amilinə çevriləcək. Düşünürəm ki, olmasa belə, seçkilərdə rol oynayacaq. Sual budur ki, onlar kimdən qorxurlar? Cavab çox sadədir, Ermənistanın tezliklə qorxmağı dayandıracağı və ya artıq qorxmağı dayandırdığı tərəfdən”-deyə Aleksei Arestoviç açıqlayıb.

Ukrayna Prezident Administrasiyasının nümayəndəsi Gürcüstan ərazilərinin dörddə birinin işğal olunduğunu və Rusiyanın Gürcüstana böyük bəla gətirdiyini bildirib.