Aleksandre Tabatadze NATO-nun Əlaqələr Bürosunun rəhbəri ilə görüşüb
Aleksandre Tabatadze NATO-nun Əlaqələr Bürosunun rəhbəri ilə görüşüb

Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze NATO-nun Əlaqələr Bürosunun rəhbəri Aleksandre Vinikov ilə tanışlıq məqsədli görüşü keçirib.

Parlamentin mətbuat xidmətindən verilən məlumata əsasən, tərəflər bölgədəki mövcud vəziyyət, NATO-Gürcüstan əlaqələrinin istiqamətləri və gələcək əməkdaşlıq barədə danışıblar.

“Biz həmçinin parlament nəzarəti, Müdafiə və Təhlükəsizlik Komitəsinin müvafiq qurumları ilə əməkdaşlıq və komitənin fəaliyyəti haqqında danışdıq”, – deyə Aleksandre Tabatadze görüşdən sonra bildirib.

İclasda NATO Əlaqə Bürosunun siyasi məmuru Cozefin Albaraz iştirak edib.