Aleksandre Rakviaşvili - zənnimcə, "Super PAC" getmiş "Milli Hərəkat" çıları geri qaytarmaq üçün bir yoldur, bu, düzgün hesablamadır, mən "Milli Hərəkat"çıların "Milli Hərəkat"da olmasının tərəfdarıyam
Aleksandre Rakviaşvili - zənnimcə, "Super PAC" getmiş "Milli Hərəkat" çıları geri qaytarmaq üçün bir yoldur, bu, düzgün hesablamadır, mən "Milli Hərəkat"çıların "Milli Hərəkat"da olmasının tərəfdarıyam

 
Zənnimcə, Super PAC getmiş “Milli Hərəkat”çıları geri qaytarmaq üçün bir yoldur, bu, düzgün hesablamadır, mən “Milli Hərəkat”çıların “Milli Hərəkat”da olmasının tərəfdarıyam-bu barədə partiya “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili açıqlayıb.

Rakviaşvili bildirib ki, “Super PAC” başqa partiyalara aid deyil.

“Super PAC” “Milli Hərəkat”ın daxili hekayəsidir. Zənnimcə, bu, getmiş “Milli Hərəkat”çıları, Qvaramianı necə geri qaytarmaq və bu insanların birləşə biləcəyi məkan üçün bir yoldur. Bu səbəbdən, düzgün hesablamadır. Mən “Milli Hərəkat”çıların “Milli Hərəkat”da olmasının və guya başqa partiyada olduqları ilə bağlı insanları çaşdırmamalarının tərəfdarıyam. “Super PAC” digər partiyalara aid deyil” -deyə Aleksandre Rakviaşvili açıqlayıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili distant (uzaqdan) şəkildə iştirak etdiyi məhkəmədə bildirib ki, o, müxalifətə siyasi fəaliyyət üzrə birlik komitəsi, “Super Pac” yaratmağı təklif edir. “Birinci mərhələdə 20-25 nəfərdən ibarət siyasi fəaliyyət üzrə birlik komitəsi olan PAC olacaq və daimi müşavirə komitəsi olmalıdır”- deyə Mixeil Saakaşvili açıqlayıb.