Aleksandre Rakviaşvili yaz sessiyasında İctimai Yayımçının büdcəsinin artırılmasının dayandırılmasını nəzərdə tutan “Qirçi”nin qanun layihəsinin müzakirə edilməsini tələb edir
“Qirçi” onlar trəfindən təşəbbüsü irəli sürülən və İctimai Yayımçının büdcəsinin artırılmasının dayandırılmasını nəzərdə tutan qanun layihəsinin yaz sessiyasında müzakirə edilməsini tələb edir. Bu barədə parlamentin bürosunun iclasında “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili açıqlayıb.
“İctimai Yayımçıya aid maliyyə və büdcə komitəsində olan bir qanun layihəsi müzakirə olunmayıb. Bəlkə, yaz sessiyasını elə yekunlaşdıraq ki, qanunlarımızdan birini heç olmasa bir komitəyə keçirək. Məsələn, biz İctimai Yayımçının büdcəsinin artırılmasını dayandırmaq istəyirik. Heç olmasa, daha artırmayaq, artıq 100 milyona çatmışıq. Bu dünyada tanıdığım hamı mənimlə razılaşır. Yaz sessiyası başa çatır və biz olmazmı ən azı bir qanun layihəsini müzakirə edək” – deyə Aleksandre Rakviaşvili açıqlayıb.
Öz növbəsində, Qia Volski Rakviaşviliyə cavab olaraq qeyd edib ki, bu mövzunun müzakirəsi sentyabr üçün gec olmayacaq.
“Sentyabr ayı üçün bu mövzunun müzakirəsinin çox gec olduğunu düşünmürəm . Bu, sizin və mənim qərar verə biləcəyimiz mövzu deyil. Mən bunu dəstəkləmirəm, müsbət əhval-ruhiyyə ilə, lakin sentyabrda bu mövzunun qaldırılması kifayət qədər aktualdır” – deyə Qia Volski açıqlayıb.