Aleksandre Rakviaşvili - Siyasi baxımdan yanaşsaq, Partsxaladzenin Gürcüstan vətəndaşı olaraq qalması sanksiyalar baxımından risklər yaradır
Bunu etmək prezidentin ixtiyarındadır, amma mən bilmirəm Otar Partsxaladzenin Gürcüstan və ya Rusiya vətəndaşı kimi cəzalandırılacağı ilə nə əlaqəsi var, – müxalifətçi deputat Aleksandre Rakviaşvili bildirib.
Aleksandre Rakviaşvilinin dediyinə əsasən, prezidentin Partsxaladzenin vətəndaşlığına xitam verməkdən imtina etməsinin hansı hüquqi səbəbi olduğu bəlli deyil.
“Hüquqi səbəbin nə olduğunu başa düşmürəm, amma siyasi baxımdan bu mümkündür. Bu vəziyyətə siyasi baxımdan baxsaq, Partsxaladzenin Gürcüstan vətəndaşı kimi qalması sanksiyalar baxımından risklər yaradır. Əgər “Gürcü arzusu” bu vəziyyətə tez son qoymaq və mümkün qədər ağrısız çıxmaq istəsəydi, çünki növbəti mümkün sanksiyalarla bağlı məsələlər aradan qalxardı, ona görə ki, Partsxaladze Gürcüstan vətəndaşıdır və sanksiyaların bir hissəsi tətbiq olunmur, bu risk qalmaqdadır və problemi həll edə bilməyən və həyəcan içində qalmaqda davam edən “Gürcü arzusuna” prezident bəlkə də belə cavab verdi. Düşünürəm ki, bu halda qanun pozulmur, lakin vəkillərin bunu müzakirə etməsi daha yaxşıdır”, – Rakviaşvili bildirib.
Gürcüstan prezident administrasiyasının dünən yaydığı bəyanatda deyilir: “Dövlət maraqlarına görə, prezident hazırkı mərhələdə Otar Partsxaladzinin vətəndaşlığına xitam verilməsini məqsədəuyğun hesab etmir”.
Müəllif -
Mehemmed Bayramaliyev