Aleksandre Rakviaşvili - müxalifət partiyalarının alternativ prosesi imitasiyadır, avropalıların gözündə qeyri-adekvat görünürük
Aleksandre Rakviaşvili - müxalifət partiyalarının alternativ prosesi imitasiyadır, avropalıların gözündə qeyri-adekvat görünürük

 

Müxalifət partiyalarının alternativ prosesi imitasiyadır-bu barədə “Qirçı”nın üzvü Aleksandre Rakviaşvili bildirib.

O, bir masa arxasında əyləşərək danışa bilmədiklərinə görə avropalıların gözündə qeyri-adekvat göründüklərini bildirir.

“Müxalifət partiyaları qanunlar yazmaqda qeyri-hökumət təşkilatlarına qoşulublar, lakin həmin təşkilatlar “Gürcü Arzusu” ilə əməkdaşlıq edir və onların işçi qruplarında iştirak edirlər. Belə çıxır ki, onlar Qiorqi Vaşadze ilə “Gürcü Arzusu” arasında vasitəçi funksiyasını yerinə yetirirlər. Fikrimcə, bunun heç bir məzmunu yoxdur. Ola biləcək yeganə şey odur ki, bir masa arxasında əyləşərək danışa bilmədiyimiz üçün biz avropalıların gözündə qeyri-adekvat görünürük. Qiorqi Vaşadze və digər müxalifət partiyalarının niyə belə davranmaq istəyinin olduğunu başa düşə bilmirəm? “Milli Hərəkat”da fikir ayrılıqlarının olmasından irəli gələrək, ümid edirəm ki, düzgün mövqe tutacaqlar və avropalıların gözündə adekvat görünəcəyik. Avropalılar birbaşa və birmənalı şəkildə birlikdə işləməyimizi söyləyirlər” -deyə Rakviaşvili bildirib.