Aleksandre Rakviaşvili - “Milli Hərəkat” tərəfində baş verənlər tam xaosdur, partiyanın hansı konfiqurasiyada saxlanılacağını başa düşmürük
Aleksandre Rakviaşvili - “Milli Hərəkat” tərəfində baş verənlər tam xaosdur, partiyanın hansı konfiqurasiyada saxlanılacağını başa düşmürük

 

“Milli Hərəkat” tərəfində baş verənlər tam xaosdur-bu barədə “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili açıqlayıb.

Rakviaşvili bildirib ki, prosesi, “Milli Hərəkat”ın hansı konfiqurasiyada saxlanılacağını müşahidə edir.

“Nə zaman bitəcəyi mənə maraqlıdır. Yarım il və ya doqquz aydır ki, bu anlaşılmazlıq davam edir, həddindən artıq diqqət yetirilib. Bəlkə də bu başa düşüləndir, amma sonda buna görə başqa daha vacib mövzular haqqında danışa bilmirik. Ən əsası, “Milli Hərəkat”ın hansı konfiqurasiyada saxlanacağını başa düşmürük. Partiyada belə münaqişə yaranırsa və onu həll edə bilməyəndə hakim komandanın, sədrin və digər idarəçilərin legitimliyi problemi yarana bilər. Mən bunu müşahidə edirəm, bunun necə bitəcəyi barədə heç bir fikrim yoxdur, amma ümid edirəm ki, tez bitəcək”-deyə Aleksandre Rakviaşvili açıqlayıb.