Tbilisinin Respublika Xəstəxanasına yeni direktoru var. Səhiyyə naziri Mixeil Sarcveladze Aleksandre Mesxini klinikanın əməkdaşlarına təqdim edib.
Mixeil Sarcveladzenin qeyd etdiyi kimi, yeni rəhbər yaxın vaxtlarda tibb müəssisəsinin qarşısında duran problemlərin həlli üçün fəaliyyət planı təqdim edəcək.
Səhiyyə naziri Aleksandre Mesxiyə uğurlar arzulayıb və nazirlik adından tam dəstəyini bildirib. Respublika Xəstəxanasının yeni direktoru göstərilən etimada görə Mixeil Sarcveladzeyə təşəkkür edib və tibb müəssisəsinin qarşısında duran çağırışların öhdəsindən gəlmək üçün klinikanın komandası ilə birlikdə aktiv şəkildə işləyəcəyini qeyd edib.
Aleksandre Mesxi iqtisadiyyat üzrə magistrdir. O, müxtəlif illərdə rəhbər vəzifələrdə işlədiyi dövlət sektorunda çox illik təcrübəyə malikdir.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.