Aleksandre Daraxvelidze - uşağın təqib edilməsi və ya digər qanunsuz hərəkətlərlə bağlı bütün məlumatları ətraflı şəkildə öyrənirik, cinayət əlamətləri olduqda reaksiya çox sürətlə verilir
Aleksandre Daraxvelidze - uşağın təqib edilməsi və ya digər qanunsuz hərəkətlərlə bağlı bütün məlumatları ətraflı şəkildə öyrənirik, cinayət əlamətləri olduqda reaksiya çox sürətlə verilir

 

İstənilən faktın qarşısının alınması və günahkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər Nazirliyi olaraq uşağın təqib edilməsi, məcburetmə və ya digər qanunsuz hərəkətlərlə bağlı bütün məlumatları diqqətlə və ətraflı şəkildə öyərinirk – bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

O qurumun bütün bildirişlərə dərhal reaksiya verdiyini bildirir.

“On yaşlı uşağa təzyiq göstərildiyi Diğomi faktı üzrə bir nəfər saxlanılıb. 112 və ya başqa yolla polisə daxil olan bütün bildirişlərə dərhal reaksiya veririk və onları ətraflı şəkildə öyrənirik. Cinayət əlamətlərinin qeydə alınmadığı müəyyən hallar var . Əlamətlərin olması halında polis ən sərt cavab verir. Konkret rəqəmlər deyə bilmərik, lakin sosial şəbəkələr, 112 və ya digər vasitələrlə yayılan bütün bildirişlərə polis dərhal reaksiya verməyə başlayır və həm şahidlər, həm də zərərçəkmişlər dindirilir, kamera görüntüləri izlənilir. Cinayət əlamətləri qeydə alındıqda reaksiya çox sürətli olur”-deyə Aleksandre Daraxvelidze bildirib.