Aleksandre Daraxvelidze Şindisi qəhrəmanlarının xatirəsini ehtiramla yad edib
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Şida-Kartli Polis İdarəsinin rəisi və yerli hökumət nümayəndələri ilə birlikdə 2008-ci ilin avqust müharibəsində həlak olan 17 qəhrəmanın xatirəsini ehtiramla yad edib, məzarlarını çələnglə bəzəyib.
“Qəhrəmanların anım mərasimində mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. 2008-ci ilin avqustun 11-də Rusiya hərbi birləşmələri ilə qeyri-bərabər toqquşma zamanı 17 gürcü əsgəri qəhrəmancasına həlak olub”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.