Aleksandre Daraxvelidze - cinayətin açılması göstəricisi misli görünməmiş dərəcədə yüksəkdir və 62 faizi ötür
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze ötən ilin statistik göstəricilərinə əsasən qeydə alınan cinayətlərin açılması göstəricisinin misli görünməmiş dərəcədə yüksək olduğunu və 62 faizi aşdığını bildirir.
Aleksandre Daraxvelidze Nazirlik tərəfindən işlənilmiş statistik göstəricilərin dərci müddətləri və məzmun formasında edilən dəyişikliklərdən ətraflı şəkildə danışıb.
Brifinqdə həmçinin qeyd olunub ki, Daxili İşlər Nazirliyi öz fəaliyyətinin şəffaflığını təmin etmək üçün öz səlahiyyətlərinə aid olan, ümumi ictimai maraq kəsb edəcək istənilən məlumatı mövcud resurslar nəzərə alınmaqla işləməyə və ictimaiyyətə çatdırmağa hazırlıq ifadə edir.